Türkiyə və Rumıniyada keçiriləcək Beynəlxalq Yay Məktəblərinə qəbul

Bildiyiniz kimi, “İRƏLİ” İctimai Birliyi Hüquq Mərkəzi və ELSA Azerbaijan (Avropa Hüquq Tələbələri Assosiasiyası) öz işini hüquqşünas tələbələrlə qurmaqla yanaşı, onların hüquq sahəsində olan bilik və bacarıqlarının artırılması, həmçinin qarşılıqlı fayda əldə etmək məqsədilə əməkdaşlıq etməkdədir.

Avropa Hüquq Tələbələr Assosiasiyası (ELSA) müstəqil, qeyri-siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır. ELSA Avropanın 42 ölkəsində, 210 universitetində 30,000-dən çox hüquq tələbələrini və gənc hüquqşunasları özündə birləşdirir. ELSA-nın əsası 1981-ci ildə Avstriya, Macarıstan, Polşa və Almaniyadan olan 5 hüquqşünas tələbə tərəfindən qoyulmuşdur.

“İRƏLİ” Hüquq Mərkəzi və “ELSA Azerbaijan”ın qarşılıqlı razılığına əsasən “İRƏLİ” Hüquq Mərkəzinin ən aktiv və perspektivli üzvləri xarici ölkələrdə keçiriləcək və hüququn müxtəlif aktual problemlərinin müzakirə ediləcəyi Beynəlxalq Yay Məktəblərində iştirak edəcəklər. “İRƏLİ” Hüquq Mərkəzinin üzvlərinin Türkiyədə ( İstanbul şəhəri) “Birləşmə və nailiyyətlər” mövzusunda və Rumıniyada (Brasov şəhəri) “Qanun müharibədən yaxşıdır”” mövzusunda keçiriləcək Beynəlxalq Yay Məktəblərində iştirakı nəzərdə tutulur.

Qeyd edilən Beynəlxalq Yay Məktəblərində iştirak etmək istəyən hüquqşünas tələbələrdən 10 iyun 2011 ci il saat 15:00-a qədər aşağıda göstərilən ünvanlara müraciət etmələri xahiş olunur.

Əlaqə vasitələri:

“İRƏLİ” Gənclik Mərkəzi

Ünvan: Sabir küç 3, İçərişəhər, Bakı, Azərbaycan

Telefon:             (+99412) 4928045

Mob:             (055) 366 07 53      ;             (070) 620 00 21

Faks: (+99412) 4924806

E-poçt: law@ireli.az

  1. No trackbacks yet.

Bir şərh yazın