“Judicial Training” təlimi davam etməkdədir

17 avqust tarixindən start götürən “Judicial Training” təlimi davam etməkdədir.Təlim 30-dan artıq  gənc hüquqşünası ətrafında toplamışdır. İngilis dilində keçirilən təlimdə iştrakçılar hüquqi lüğət bazalarını zənginləşdirməklə yanaşı, ingiliscə mükəmməl danışığa yiyələnirlər,eyni zamanda video çarxlar izləməklə beynəlxalq və ayrı-ayrı ingilis dilli ölkələrin məhkəmə sistemi ilə yaxından tanış olurlar. Bundan əlavə, təlim iştrakçıları müxtəlif hüquq mühafizə orqanlarına baş çəkərək  ingilis dilində alacaqları məlumatlarla onların fəaliyyəti ilə tanış olacaqlar.İngilis dilində hüquqi materialların yazılma qaydasının iştrakçılara tədris olunması da təlim proqramında nəzərdə tutlmuşdur.

.

Roman Garashov

Kartınızı Oluşturun

“Hüquqi dövlətdə media” mövzusunda seminar keçirilmişdir

30 iyul 2011-ci il tarixində, “İRƏLİ” Gənclik Mərkəzində “İRƏLİ” Hüquq Mərkəzi və Media Akademiyasının birgə təşkiltçılığı ilə “Hüquqi dövlətdə media” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə əsasən Azərbaycan Respublikası Prezidentinin, ayrı-ayrı icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Milli Məclisinin və Məhkəmə orqanlarının kütləvi informasiya vasitələri ilə əlaqəsinin hüquqi aspektləri müzakirə olunmuş, informasiya əldə etmək haqqında, o cümlədən kütləvi informasiya vasitələri haqqında qanunun tövsifi verilmişdir. Ekspert qismində Milli Məclisin deputatı Rəfael Cəbrayılov və “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu mövzu ilə əlaqədar fikirlərini gənclərlə bölüşmüşdür.

“Hüquqi dövlətdə media” mövzusunda seminar keçiriləcəkdir

30 iyul 2011-ci il tarixində, saat 15:00-da “İRƏLİ” Gənclik Mərkəzində “İRƏLİ” Hüquq Mərkəzi və “Media Akademiya”nın birgə təşkilatçılığı ilə  “Hüquqi dövlətdə media” mövzusunda seminar keçiriləcəkdir. Tədbirdə əsasən Azərbaycan Respublikası Prezidentinin, ayrı-ayrı icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Milli Məclisinin və Məhkəmə orqanlarının kütləvi informasiya vasitələri ilə əlaqəsinin hüquqi aspektləri müzakirə olunacaq. Hüquqşünas ekspert, millət vəkili Rəfael Cəbrayılov və  digər hüquqşünaslar mövzu ilə əlaqədar fikirlərini gənclərlə bölüşəcək.

Tədbirdə iştirak etmək istəyənlər ad, soyad və mobil nomrələrini law@ireli.az ünvanına göndərə bilərlər.

Ünvan: Sabir küç. 3, İçərişəhər, Bakı.

Əlaqələndirici şəxs: Roman Qaraşov

055 470 60 90

012 492 80 45


After several days of my returning from Garabakh the Armenians killed one more child.

It is almost 10 days after my returning from front line of Garabakh. Before army service all thought that the war was end and all thought that all sufferings of Azerbaijani nations was in pas. As so many years had been passed from war and the cease fine agreement was signed. But my thoughts and my expectations was wrong.

Every day at the front line we hear that no soliders are killed, front line is quite.  Someone asked me to describe Armenians. I’ll answer that they are fully criminal persons. They sistematically do their best for dany make much harm for our people.

During a year I understood and fell how poisoned was the water which drank. Those water flows from Armenian part and each time when we drank it we had stomack ache and were supporting each other that we will be accustomed to this situation. Even all heart that.  When was hot weather they block the river and made us look for other rare water resorvoirs.

 I just want to continue the water issue. I remember the child who saw toy in the river. It was the last toy which she hold in her hand. The river floes from Armenia and the toy embed with bomb was pated   river in Armenia too.

Everuthing was panned thoughtless. Even I think that the bomb was decided for mass death. But it was precisely devided in order to kill the child as the army man would never play with toy.

How the nation can kill the most innocent seing of the world? How could we justify this action? It means that this nation lost their mordity as they tried the most ugly way for killong a child.

Don’t you think that so that all these crime made by armenians is a clear evident of uralation of international conventions?

The world leaders have to come together  in order to create principles for preserving the rights of children and cover them with care.

Do  the Armenian government and their foreign supporters follow those principles?

In the chapter 27.1 of constitution of constitution stressed the life rights of children and it is one of the backbones of all constitutions. In other word every child has unconditional right to live.

The reason of all this tragiclies is the world community which support Armenians. I ask the world community if  you punish the instigator of this incident? Is it so difficult to find them?

According to the official information from General Prosecutor’s office of the Republic of Azerbaijan that the criminal case have been opened and the law enforcements launched an investigation.

If the convention on human rights of UN shill useful tool, will the world punish the human who didn’t follow the 6th paragraph of above mentioned convention?

I truly hope that the world community definitely will be able punish the quilties of this crime.

Qarabağdan qayıtdıqdan bir neçə gün sonra ermənilər tərəfindən daha bir yetkinlik yaşına çatmayan şəxs qətlə yetirildi

  Ön xətdən, Qarabağın əlimizdə qalan cəmi bir-iki xarabalığa oxşar kəndindən
qayıtdığım cəmi 10 gündü. Hələ bir il hərbi xidmətə yollanmamışdan əvvəl müharibənin
bitdiyini, hər şeyin, bütün çətinliklərin məndə arxada qaldığını düşürdüm, çünki müharibədən
illər ötmüşdü, atəşkəs imzalanmışdı. Amma hələ də hər şey tamam fərqliydi, düşüncələrim və
təsəvvürlərim məni yanıltdı…
Hər gün sadəcə atəşkəsin pozulduğunu, düşmənin susdurulduğunu, itkilərin olmadığını
eşidirik. Lakin itki var, həm də hər an…. hər keçən gün nələrisə itiririk…erməniləri
bədiiləşdirib desək tükünün dibindən ayağının ucuna qədər tamamilə cinayətkar ruhlu, daim
daha bir çətinliyə düçar olmamız, daha böyük zərər çəkməmiz üçün əlindən gələni edən azğın
bir qurda bənzətməyim belə çox yumşaq səslənir. Çünki…
Bir il içdiyim suyun nə qədər zəhərli, çirkab dolu olduğunu anlayırdım, hiss edirdim.
Həmin su ermənidən gəlirdi, içdikdən sonra mədəmiz pozulur, öyrəşəcik deyə bir-birimizə
təsəlli verirdik. Hələ suyun illər sonra daha böyük fəsadlarının ortaya çıxaracağını da
eşitmişdim. Hətta suyu anbarda saxlayıb birdən buraxırdılar ki, maksimum daşqın olsun, ya da
isdi günlərdə bir damcı belə suyun gəlməsinə imkan vermirdilər… susuzluqdan əziyyət çəkək
diyə.
Su məsələsinin üstündə xüsusi dururam, bir də o suda maraqlı bir oyuncaq görən uşağı
xatırlayıram. Bu həmin uşağın əlində tutduğu son oyuncaq idi, əslində heç o oyuncaq cildinə
girmiş bir qatil idi və həmin azərbaycanlı körpənin həyatına son qoymaq, daha bir azərbaycanlı
azaltmaq məqsədilə gəlmişdi. Başqa nə düşünmək olar. Su ermənilərin işğal etdiyi bölgədən
gəlir, oyuncaq məhz bir partlayıcı maddə olub. Hər şey dəqiqliklə ölçülüb-biçilmişdi. Bərkə də
daha çox can almağa planlaşdırılmışdı. Lakin məhz azyaşlının öldürülməsi əsas məqsəd olub.
Çünki oyuncağa başqa kimsə maraq göstərməz, onu hərbiçi də oynatmayacaqdı.
Bir millət ki, dünyanın ən günahsız təbəqəsini, ən gözəl varlığınə məhv etmək istəsin
ona nə cür bəraət qazandırmaq olar. Demək hər şeylərini, bütün mənəviyyatlarını itiriblər
ki, bu yola əl atıblar. Keşkə daha bir azərbaycanlı körpəni öldürək deyə hər yolu sınaqdan
keçirirlər.
Duyğusal və millətçilik etmədən bütün beynəlxalq humanitar hüquq normalarını,
ermənistan hökumətinin qoşulduğu konvensiyaların formallığından xəbər vermir ki bu?!
Siyasi liderlər bir araya gəlib prinsip kimi müəyyənləşdiriblər ki, dünya dövlətləri
cəmiyyətin gələcəyi olan uşaqları qayğı ilə əhatə etməli, onların hüquqlarının qorunması
üçün lazimi tədbirlər həyata keçirməlidirlər. Bu müddəaya əsaslanacaq ermənistan hökuməti,
yaxud onun xarici dövlətlərdəki havadarları?! Konstitusiyamızın 27.1-ci maddəsində uşaqların
yaşamaq hüququ öz təsbitini tapıb ki bu da bütün ölkələrin ana qanunlarında-konstitusiyalarında
göstərilmiş bir normadır. Yəni hər bir uşağın heçnə ilə məhdudlaşdırılmayan ayrılmaz,
bölünməz və mübahisələndirilməz yaşamaq haqqı var.
Bütün bunların səbəbkarı yenə də dünya dövlətlərinin və dünya ictimaiyyətinin erməni
cinayətkarlarını bağrına basması, törədilən əməllərə göz yummasıdır. Günahsız körpənin
beynəlxalq birliyin qəbul etdiyi bütün normalarına zidd olaraq konkret ölümünə səbəb olacaq
əməlin törədilməsini təşkil edən yaxud icra edən şəxsin tapılması bu qədərmi çətindi, həm də
bu cinayət partlayıcı maddədən istifadə etməklə törədiliməsi çox şeyə işarə deyilmi?!…
Azərbaycan Respublikasının Baş Prokurorluğu baş vermiş hadisə ilə bağlı rəsmi
açıqlamasında bildirib ki, artıq Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və

ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, hazırda bu iş üzrə
istintaq davam etdirilir. Azərbaycan Dövlətinin hüquq mühafizə orqanlarının həll edə biləcəyi
bir məsələ deyil axı.
Hələ də BMT-nin Uşaq hüquqları haqqında konvensiyası işlək bir normalar
məcmusudursa, dünya birliyi bu qaydaları rəhbər tutursa məhz həmin qanunun 6-cı maddəsini
yaşamaq haqqını rəhbər tutaraq cinayətdə “əməyi” keçən hər bir şəxsin fərdi qaydada
cəzalandırılması məqsədilə müvafiq tədbir görülməsinə nail olacaqdır!!!

ROMAN QARAŞOV
“İRƏLİ” HÜQUQ MƏRKƏZİNİN SƏDRİ

“İnsan hüquqları”na həsr edilmiş tədbirlər

Türkiyə və Rumıniyada keçiriləcək Beynəlxalq Yay Məktəblərinə qəbul

Bildiyiniz kimi, “İRƏLİ” İctimai Birliyi Hüquq Mərkəzi və ELSA Azerbaijan (Avropa Hüquq Tələbələri Assosiasiyası) öz işini hüquqşünas tələbələrlə qurmaqla yanaşı, onların hüquq sahəsində olan bilik və bacarıqlarının artırılması, həmçinin qarşılıqlı fayda əldə etmək məqsədilə əməkdaşlıq etməkdədir. Oxumağa davam et

“AVTOSFERA” layihəsinin açılış mərasimi keçirildi!

“İRƏLİ” İB “Avtosfera” layihəsini təqdim edir!

Layihənin məqsədi:

  • —   Gəncləri yol hərəkət qaydaları haqqında məlumatlandırmaq
  • —   Sürücülük vəsiqəsi almaq istəyən gənclərə stimul vermək
  • Yol hərəkəti mədəniyyətinin səviyyəsini yüksəltmək

Layihəni icra edəcəklər:

“İRƏLİ” İB

“Avtomobilçi” Cəmiyyəti

“1News” İnformasiya agentliyi

“avtomobil.az” sayt və jurnalı

“İRadio” Oxumağa davam et