Azərbaycan Respublikasının Əmək Məcəlləsi

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

(1 fevral 1999-cu il tarixli, 618-IQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmişdir)
Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır.
Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri
seçmək hüququ vardır. Oxumağa davam et

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi

(Bu Məcəllə Azərbaycan Respublikasının 30 dekabr 1999-cu il tarixli 787-IQ nömrəli Qanunu ilə təsdiq edilmişdir)

Ümumi hissə

Bölmə I. Cinayət qanunu

Birinci fəsil. Azərbaycan Respublikasının cinayət qanununun vəzifələri və prinsipləri

Maddə 1. Azərbaycan Respublikasının cinayət qanunu

1.1. Azərbaycan Respublikasının cinayət qanunu bu Məcəllədən ibarətdir.

1.2. Bu Məcəllə Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanır.

1.3. Cinayət məsuliyyətini müəyyən edən və cinayət törətmiş şəxsin cəzalandırılmasını nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olunduqdan sonra tətbiq edilə bilər.

Maddə 2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri

2.1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Oxumağa davam et

Azərbaycan Respublikasının Konstitusiyası

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış,1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində (referendumda) qəbul edilmişdir.

1995-ci il noyabrın 27-dən qüvvəyə minmişdir.

2002-ci il avqustun 24-də ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş dəyişikliklərlə.

2009-cu il martın 18-də ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş əlavələr və dəyişikliklərlə.

Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir: Oxumağa davam et

İrəli İctimai Birliyi Hüquq Mərkəzində “İnsan haqlarının məhkəmə müdafiəsi” mövzusunda görüş keçirilmişdir – 13 fevral 2010

“İrəli Hüquq Mərkəzi” gənc hüquqşünaslarla Azərbaycanın ən qabaqcıl alimləri, hüquqşünasları, millət vəkilləri, fəal ictimai – siyasi xadimlərinin silsilə görüşlərinin təşkilini davam etdirir. Bu silsilədən növbəti görüş tanınmış hüquqşünas – vəkil, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri – Hökümət təşkilatlarına dövlət dəstəyi şurasının üzvü Sahib Məmmədovla “insan haqlarının məhkəmə müdafiəsi “ mövzusunda keçirilmişdir.

Tədbiri “ İrəli Hüquq Mərkəzi“nin rəhbəri Roman Qaraşov açıq elan edib mövzu haqqında qısa məlumat verdikdən sonra çıxış üçün söz Sahib Məmmədova verildi. Ekspert ilk olaraq insan haqları, onun müasir müdafiə mexanizmləri, yerli və beynəlxalq məhkəmələr, onların səlahiyyətləri, məhkəmə presedentlərindən danışdı. Azərbaycan Respublikasında insan hüquqlarına dair qanunvericiliyin dünyanın qabaqcıl ölkələrinin praktikasına uyğunlaşdırıldığını qeyd edən ekspert ABŞ, Polşa praktikasına istinad etdi.

Dağlıq Qarabağ münaqişəsinə də hüquqi aspektdən toxunan Sahib Məmmədov insanlıq əleyhinə, genosid və hərbi cinayətlərin cinayət-hüquqi tövsifini verdi.

Daha sonra görüş iştirakçılarının insan haqları, demokratiya, müasir beynəlxalq hüquq, seçkilər, məhkəmə hakimiyyəti, müxtəlif məhkəmə instansiyaları, o cümlədən andlı iclasçılarla bağlı sualları cavablandırıldı.

İrəli Hüquq Mərkəzi gənclərin marağını nəzərə alaraq bu cür görüşlərin mütəmadi olaraq keçirilməsini nəzərdə tutmuşdur.

İrəli İctimai Birliyi Hüquq Mərkəzində “Beynəlxalq cinayət hüququ və Xocalı soyqırımı “ mövzusunda görüş keçirilmişdir – 20 fevral 2010

“İRƏLİ” Hüquq Mərkəzində bəşəriyyət tarixində ən ağır cinayət olan Xocalı soyqırımı haqqında ekspert beynəlxalq cinayət hüququ üzrə elmlər namizədi,dosent Rahim Məmmədov ilə görüş keçirilmişdir. 
Tədbiri “ İrəli “ Hüquq Mərkəzinin rəhbəri Roman Qaraşov açıq elan edib Xocalı faciəsinin Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biri olduğunu qeyd edərək bununla əlaqədar “ İrəli “ İctimai Birliyinin Avropanın 8 ölkəsində keçirəcəyi tədbirlər haqqında qonaqlara məlumat verdi.
“Bütövlükdə Azərbaycan xalqına qarşıyönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.” Rahim Məmmədov sözə Ümummilli lider Heydər Əliyevin bu fikirləri ilə başladı. Qətliamda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra ekspert beynəlxalq cinayətlər, Azərbaycan Respublikası Cinayət Qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması haqqında, eləcə də soyqırım cinayəti, bu cinayətlə əlaqədar yaradılmış beynəlxalq tribunalar haqqında məlumat verdi. “ Hərbi zərurət olmadan insanların kütləvi qırılması, hər hansı milli, etnik, irqi və ya dini bir qrupun tamamilə və ya qismən məhv edilməsi soyqırım hesab edilir “ deyən Rahim Məmmədov Xocalı faciəsini soyqırım cinayəti kimi xaraktrizə edən əlamətləri izah edərək əsaslandırdı. Soyqırım cinayətinin spesifik xüsusiyyətlərini izah etdi.
Eyni zamanda görüşdə Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılması sahəsində təbliğatın vacibliyi bildirildi. Mövzu ilə bağlı görüş iştirakçılarının sualları cavablandırıldıqdan sonra Xocallı soyqırımı ilə əlaqədar sənədli filmin nümayiş etdirilməsi ilə tədbirə yekun vurluldu.

İrəli İctimai Birliyi Hüquq Mərkəzində “Cinayətkarlıqla mübarizədə özünümüdafiənin hüquqi aspektləri“ mövzusunda görüş keçirilmişdir – 26 fevral 2010

“İrəli Hüquq Mərkəzi “gənc hüquqşünaslarla Azərbaycanın ən qabaqcıl alimləri, hüquqşünasları, millət vəkilləri, fəal ictimai – siyasi xadimlərinin silsilə görüşlərinin təşkilini davam etdirir.

Bu silsilədən növbəti görüş tanınmış hüquqşünas, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Ədliyyə naziri yanında Penitensiar Xidmət üzrə İctimai Nəzarət Komitəsinin üzvü, hüquq elmləri namizədi, hüquq müdafiəçisi Çingiz Qənizadə ilə “Cinayətkarlıqla mübarizədə özünümüdafiənin hüquqi aspektləri“mövzusunda keçirilmişdir.

İlk olaraq müzakirə olunan mövzunun aktuallığı və əhəmiyyəti haqqında İrəli Hüquq Mərkəzinin rəhbəri Roman Qaraşov məlumat verərək, cinayət qanunvericiliyi, cəza siyasəti haqqında məsələlərə faktiki məlumatlar əsasında aydınlıq gətiriləcəyini bildirdi. Daha sonra ekspert Çingiz Qənizadə öz fikirlərini gənclərlə bölüşdü.
Əməlin kriminallığını aradan qaldıran hallar barədə Azərbaycan Respublikası Cinayət məcəlləsində nəzərdə tutulmuş müddəalar sadalanıb geniş şərh edildi, Vəkillik institutunun bu normaların reallaşdırılmasında imkanları qeyd edildi. Həmçinin, şəxsin özünün və başqalarının həyat və sağlamlığını, əmlakını cinayətkar qəsdlərdən qoruma haqları, cinayətkarlıqla mübarizənin digər vasitələri, cəzaçəkmə müəssisələrinin hazırki vəziyyəti ilə bağlı məsələlər müzakirə olundu.

Görüşün növbəti hissəsi interaktiv metodlarla keçirildi, gənc hüquqşünasların mövzu ilə əlaqədar sualları cavablandırıldı.

İrəli İctimai Birliyinin Hüquq Mərkəzi “Gənc hüquqşünasların ictimai sektorda rolu” mövzusunda millət vəkili, hüquqşünas Fazil Mustafa ilə görüş keçirmişdir – 2 fevral 2010

2010-cu il fevral ayının 2-də İrəli İctimai Birliyinin Hüquq Mərkəzi “Gənc hüquqşünasların ictimai sektorda rolu” mövzusunda millət vəkili, hüquqşünas Fazil Mustafa ilə görüş keçirmişdir.

İrəli Hüquq Mərkəzi fevral ayından başlayaraq mütəmadi olaraq Azərbaycanın ən qabaqcıl alimləri, hüquqşünasları, deputatları, fəal ictimai xadimləri ilə gənc hüquqşünasların birgə müzakirələrini təşkil etməkdədir.

Bu silsilədən ilk görüş “Gənc hüquqşünasların ictimai sektorda rolu” mövzusunda 2 fevral gənclər günündə keçirilmişdir. Tədbiri İrəli Hüquq Mərkəzinin rəhbəri Roman Qaraşov açıq elan etdikdən sonra gənc hüquqşünaslar millət vəkili, hüquqşünas Fazil Mustafaya suallarını ünvanladılar. Suallar əsasən insan hüquqları və onların müdafiə mexanizmləri, seçkilər, demokrtatik təsisatlar, hüquq təhsili və onun aktual problemləri, qeyri-hökumət təşkilatların fəaliyyəti ilə əlaqədar idi.

İrəli Hüquq Mərkəzi gənclərin marağını nəzərə alaraq bu cür görüşlərin mütəmadi olaraq keçirilməsini nəzərdə tutmuşdur.