“İRƏLİ” Hüquq Mərkəzində növbəti “sınaq imtahanı” keçirilmişdir

“İRƏLİ” İctimai Birliyi Hüquq Mərkəzi “Hüquq Məktəbi” layihəsi çərçivəsində ikinci “sınaq imtahanı”nı təşkil etmişdir. “Sınaq imtahanı” 6 noyabr 2010 – cu ildə “İRƏLİ” Layihələr Mərkəzində keçirilmişdir. İmtahan Konstitusiya hüququ, Seçki hüququna aid suallarla birlikdə məntiqə aid olan sualları da ehtiva etmişdir. 35 sualı hüquqdan, 10 sual isə məntiqdən soruşulan imtahan üçün 1 saat 15 dəqiqə vaxt təyin edilmişdir.”Sınaq imtahanı” üçün ayrılmış vaxt bitdikdən sonra düzgün cavablar səsləndirilmiş və hər bir sual ayrılıqda gənclər tərəfindən müzakirə edilmişdir. Oxumağa davam et

“Hüquq Məktəbi” layihəsi davam edir!

“İRƏLİ” Hüquq Mərkəzinin “Hüquq Məktəbi” layihəsi davam etməkdədir.

Gənclərin böyük marağına səbəb olan “Hüquq Məktəbi”nin  qonağı bu dəfə Narkotiklərə və Cinayətkarlığa Qarşı Milli Təbliğat Ofisinin rəhbəri, “Cənubi Qafqaz ölkələrində inteqrə edilmiş sərhəd idarəçiliyi sistemlərinə dəstək” layihəsinin Azərbaycan üzrə meneceri Məzahir Əfəndiyev olacaq.Ətrafında müzakirə ediləcək mövzu “Azərbaycanda narkotik maddələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığı ilə mübarizədə vəziyyət və bu sahədə beynəlxalq əməkdaşlıq”dır. Görüş 30 oktyabr 2010 – cu ildə saat 15:00 – da “İRƏLİ” İctimai Birliyi Baş ofisində keçiriləcək. Hər bir Azərbaycan Gənci böyük məmnuniyyətlə görüşə dəvətlidir!

Ünvan: 1-ci Qəsr döngəsi 70, İçərişəhər, Bakı, Azərbaycan

Tel./Faks: +99412 4925080

Mob.telefon: 050 591 38 02

 

“Hüquq Məktəbi”ndə “ilk sınaq imtahanı”

“Hüquq Məktəbi” layihəsində bu dəfə Gənclər “sınaqdan keçiriləcək”. Məhkəmə və prokurorluq orqanlarına, dövlət qulluğuna qəbul imtahanlarında təqdim edilən suallara cavab indi gənclərdən soruşulacaq. Suallar test şəklindədir və soruşulan 35 suala 1 saat vaxt təyin ediləcək.”Imtahan” 23 oktyabr 2010 – cu il saat 15:00-da “İRƏLİ” İB Baş ofisində keçiriləcək. İxtisasından asılı olmayaraq  “Hüquq Məktəbi” layihəsinə qoşulan hər bir gənc “sınaqda” iştirak edə bilər. ( Hər bir şəxsin doğru və yalnış cavabları yalnız və yalnız özünə bəlli olacaq ) Bütün Azərbaycan gəncləri dəvətlidir!

Ünvan: 1-ci Qəsr döngəsi 70, İçərişəhər, Bakı, Azərbaycan

Tel./Faks: +99412 4925080

Mob: 050 591 38 02

Millət vəkili Fazil Mustafa “Hüquq Məktəbi”ndə

“İRƏLİ” Hüquq Mərkəzinin “Hüquq Məktəbi” layihəsində növbəti görüş keçiriləcək. Bu dəfə gənclərin qonağı millət vəkili Fazil Mustafa olacaq. Bu görüşün mövzusu isə “Azərbaycanın dövlət müstəqilliyi və Dövlət müstəqilliyimizin hüquqi əsasları” dır. Bundan əlavə gənclər onları maraqlandıran sualları da ekspert millət vəkili Fazil Mustafaya ünvanlaya biləcəklər. Görüş  16 oktyabr 2010 – cu ildə saat 15:00 – da “İRƏLİ” İB Baş ofisində olacaq.

Ünvan: 1-ci Qəsr döngəsi 70, İçərişəhər, Bakı, Azərbaycan

Tel./Faks: +99412 4925080;Mob: (050) 591 38 02

“İRƏLİ” Hüquq Mərkəzinin “Hüquq Məktəbi” layihəsi start götürdü

09 oktyabr 2010 – cu il tarixində “İRƏLİ” Hüquq Mərkəzində “Hüquq Məktəbi” layihəsi  çərçivəsində ilk görüş keçirildi. Gənclərlə həmsöhbət olmaq üçün bu görüşdə Hüquqşünas Qadınlar Assosiasiyası layihə direktoru, Amerika Birləşmiş Ştatlarında İnsan Hüquqları sahəsində təhsil almış Xalisə xanım Şahverdiyeva ekspert qismində iştirak etdi. Ətrafında diskussiya aparılan mövzu isə gənc beyinlərin  diqqətini cəlb edən və xüsusilə cəmiyyətimizi narahat edən, düşündürən “Məişət zorakılığı” və 22 iyun 2010 – cu il tarixli “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun oldu.
Layihə “İRƏLİ” Hüquq Mərkəzi rəhbəri Emil Cəfərlinin açılış nitqi və ekspert Xalisə xanım Şahverdiyevanı görüş iştirakçılarına təqdim etməsi ilə başladı. Xalisə xanım Şahverdiyeva “Məişət zorakılığı” haqqında xüsusi təqdimatı iştirakçıların diqqətinə çatdırdı və təqdimatın gedişi iştirakçılarla ekspertin diskussiyaları ilə müşayiət olundu. “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun müzakirəsi gənclərin Qanunun möhtəviyyatı ilə daha yaxından tanış olması, Qanun barəsində suallarını ekspertə ünvanlaması və onların razı olmadıqları məqamları ekspertin diqqətinə çatdırması ilə əlamətdar oldu. Görüşün sonunda mövzu ilə bağlı olaraq gəncləri maraqlandıran digər suallar cavablandırıldı.

“Huquq Mektebi” ne SEN de yazil!

“Hüquq Məktəbi” nə SƏN də YAZIL!
”İRƏLİ” Hüquq Mərkəzi “Hüquq Məktəbi” layihəsini təqdim edir. Layihə millət vəkilləri, dövlət xadimləri və qulluqçuları, tanınmış alimlər, əcnəbi professor-alimlər, regional və qlobal səviyyədə tanınmış hüquqşünaslar ilə gənclərin mütəmadi görüşünü və aktual, gəncləri maraqlandıran pro…blemlərin müzakirəsini nəzərdə tutur.

Layihəyə qoşulmaqla əldə edəcəyin:
1. Millət vəkilləri ilə tanış olmaq və onlara Səni maraqlandıran sualları ünvanlamaq
2. Mövzu ətrafında müzakirə aparmaq və öz fikrini bildirmək
3. Tanınmış hüquqşünaslardan, alimlərdən məsləhətlər almaq
4. Əcnəbi hüquqşünaslarla əlaqə qurmaq və xaricdə hüquq təhsili ilə maraqlanmaq

“Hüquq Məktəbi” – Hüquqların da Sənin qədər mühümdür.

Layihəyə qoşulmaq istəyənlər law_center@ireli.az ünvanına yazmaqla və ya (012) 493 05 77 nömrəsinə zəng etməklə qeydiyyatdan keçməlidirlər. Layihə çərçivəsində ilk görüş 9 oktyabr 2010 – cu il tarixində saat 15:00 da “İRƏLİ” İB Baş ofisində keçiriləcək. Hüquqşünas Qadınlar Assosiasiyası ilə birgə təşkil ediləcək və “Məişət zorakılığı” mövzusunun müzakirə ediləcəyi görüşdə Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsindən Sədaqət xanım Qəhrəmanova ekspert qismində iştirak edəcək.

“Avropa Birliyi:dünən və bugün” layihəsində sonuncu treninq

“İRƏLİ” Hüquq Mərkəzində “Avropa Birliyi: dünən və bugün” layihəsi çərçivəsində sonuncu treninq keçirildi.Layihənin eksperti Elnarə xanım Qəribova Avropa Birliyində mövcud olan daxili mexanizm və onun işləmə prinsipləri haqqında məlumat verdi. Avropa İttifaqı Şurası, Avropa komissiyası, dövlətlərin Avropa Birliyinə üzv olması prosedurları və şərtləri barədə layihə iştirakçılarını məlumatlandırdı. Görüşün sonunda layihə iştirakçılarının sualları cavablandırıldı.02.10.10

“İRƏLİ” Hüquq Mərkəzində növbəti treninq

“İRƏLİ” Hüquq Mərkəzində “Avropa Birliyi: dünən və bugün” layihəsi çərçivəsində növbəti treninq keçirildi. Avropa Birliyinin yaranma və inkişaf tarixi, bugünə qədər keçdiyi formalaşma prosesindən sonra bu dəfəki treninq Avropa Birliyinin strukturu və işləmə mexanizminin izahı ilə bağlı oldu. Ekspert Elnarə xanım Qəribova layihə iştirakçılarına Avropa Birliyinin strukturu haqqında, Ədalət divanı, Ədalət Divanının funksiyaları haqqında dəyərli məlumatları çatdırdı. Təlimin sonunda Elnarə xanım Qəribova iştirakçıların Avropa Birliyi və namizəd ölkələr, Avropa Birliyi-Türkiyə münasibətləri ilə bağlı suallarını cavablandırdı.

“IRƏLİ” Hüquq Mərkəzində növbəti treninq

“İRƏLİ” Hüquq Mərkəzinin “Avropa Birliyi: dünən və bugün” adlı layihəsi davam edir. Həmin layihə çərçivəsində Hüquq Mərkəzində 19 sentyabr 2010 – cu il tarixində ikinci treninq baş tutdu. Treninq Avropa Birliyinin artıq bir qurum kimi formalaşmasından bugünki dövrə qədər keçdiyi mərhələri əhatə etdi. Ekspert Elnarə xanım Qəribova Avropa Birliyinin zamanla genişləməsi və ayrı-ayrılıqda hər bir dövlətin Birliyin üzvünə çevrilməsi-Birliyə qəbul edilməsi prosesini izah etdi. Eyni zamanda Avropa Birliyinin zaman-zaman  və müxtəlif hallar üçün qəbul etdiyi qanunlar və qərarlar, Birliyin hüquqi sütunlarını təşkil edən müqavilələr və onların təbiəti layihə iştirakçılarının diqqətinə çatdırıldı. Oxumağa davam et

“İRƏLİ” Hüquq Mərkəzində “Avropa Birliyi:dünən və bugün” layihəsi-2010-09-18

“İRƏLİ” Hüquq Mərkəzində “Avropa Birliyi: dünən və bugün” layihəsi çərçivəsində ilk treninq keçirilmişdir. Layihənin eksperti Elnarə xanım Qəribova Avropa Birliyi ideyasının yaranması, Avropa dövlətlərinin bu ideya ətrafında birləşməsini zəruri edən tarixi şəraitin meydana gəlməsi, dövlətlərin Avropa Birliyini təşkil etmələrində əsas məqsədləri, bu istiqamətlərdə atılan ilkin addımlar haqqında məlumatları layihə iştirakçılarına çatdırmışdır. Avropada böyük bir birliyin qurulması istiqamətində ilkin rüşeymlərin gürünmək istədiyi dövrdəki tarixi və siyasi mühit, II Dünya Savaşı və ondan sonra dünya miqyasında baş verən və Avropada öz əksini tapan dəyişikliklər, SSRİ – Almaniya və SSRİ ilə digər Avropa dövlətlərinin münasibətləri təhlil edilən mövzular arasında özünə yer tapmışdır. Ümumilikdə ilk treninq Avropada yeni və davamlı iqtisadi birliyin qurulması istiqamətindəki işlərin aparılmasından Avropa Birliyinin ilkin formalaşması mərhələsinə qədər olan dövrü əhatə etmişdir.